İran Quran Xəbər Agentliyi (İQNA): «businessnews» xəbər bürosunun məlumatına əsasən, Tunisdə Bin Əli rejiminin süqutundan sonra bu ölkədə islam fəaliyyətlərinin azadlığı və ilk islam televiziyası şəbəkəsinin fəaliyyətə başlaması barədə xəbər verildi.
Həmçinin Tunis qəzetləri məlumat yaydı ki, dini işlər üzrə vəqf idarəsinin yeni naziri Nurəddin Əl-xadimi tərəfindən bu layihəyə dəstək verilmişdir.
Bu “Əl-qələm” adlı ilk islam televiziya şəbəkəsinin nümayəndəsinin dediyinə əsasən, bu kanalın əsas məqsədi dini proqramları, görkəmli alimlərin moizələrini, qarilərin Quran tilavətlərini yayımlamaqdır. 923506