İran Quran Xəbər Agentliyi (İQNA): “Islam Today” xəbər bürosunun məlumatına əsasən, bu kursun açılması bu universitetin tələbələrinin istəyi ilə baş tutmuş və fəaliyyətə başlamışdır.
Bu kursun ilk iclası bu ilin qışında bu universitetdə keçiriləcək.
Keçən həftə də Mişiqan universitetinin elm və incəsənət fakültəsinin nümayəndələri yeni ərəb-amerika şöbəsinin yaradılmasını qərara almışlar. Bu layihə hal-hazırda tədqiq edilir və son qərara əsasən təsdiqlənəcək.
Tarix fakültəsinin müəllimi Sali Havul dedi: Bu yeni fakültə tələbələrin Amerika müsəlmanlarının tarixi və islam mədəniyyəti ilə tanışlığı barədə məlumatlar əldə etməsinə kömək edəcək. 924441