IQNA

21:35 - January 02, 2012
Xəbər sayı: 2250081
Beynəlxalq şöbə: İraqda şiələrin dini rəhbəri Ayətullah Əl-üzma Seyyid Əli Sistaninin nümayəndəsi bu ölkədə baş verən siyasi böhrana qarşı öz mövqeyini bildirdi və dedi: milli qurultay və dialoqların keçirilməsi böhranın həlli üçün kifayət etmir.
İran Quran Xəbər Agentliyi (İQNA): Əl-Eraq xəbər bürosunun məlumatına əsasən, İraqda Ayətullah Sistaninin nümayəndəsi Şeyx Abdulmehdi Kərbəlayi cümə namazının xütbələrində Kərbəla şəhərində dedi: milli iclas və qurultayları təkcə siyasi partiya rəhbərləri arasında keçirmək kifayət deyil.
Ayətullah Əl-üzma Sistani siyasi partiyalara üzünü tutaraq dedi: siyasi partiyalar bilməlidir ki, ölkənin inkişafı təkcə siyasi patiyaların bir-birinə inam, vəhdət, həmkarlığından irəli gəlir.
Qeyd olunmalıdır ki, bundan əlavə, İraqın alimləri, şiə mərcələri, o cümlədən Seyyid Hüseyn İsmayıl Əl-sədr, Seyyid Muhəmməd Təqi Modərresi daxili böhranın həlli üçün milli qurultay və iclasın keçirilməsini tələb etdi. 925852
Ad:
E-poçt:
* Comment:
* captcha: