IQNA

Muritaniyada incəsənət-Quran sərgisinin açılışı oldu

12:19 - January 05, 2012
Xəbər sayı: 2251694
Beynəlxalq şöbə: “Müqəddəs əmanətlər” adlı III incəsənət –Quran sərgisinin dey ayının 12-si Muritaniyanın paytaxtı Novakşutda açılışı oldu.
İran Quran Xəbər Agentliyi (İQNA): “ami” Muritaniya xəbər bürosunun məlumatına əsasən, Türkiyənin “Hürr” mədəniyyət mərkəzinin həmkarlığı ilə Novakşut milli muzeyində açılan “Müqəddəs əmanətlər” adlı sərgi dey ayının 25-nə kimi davam edəcək.
Bu sərgidə Peyğəmbər (s) dövründən qalmış qədim Quran səhifələri, böyük təsvirlər nümayiş etdirilir.
“Müqəddəs əmanətlər” adlı sərginin III hissəsində Türkiyə və Muritaniyanın islam xəttatlarının rəsm əsərləri sərgilənəcək.
Bu hesabata əsasən, Türkiyənin “Hürr” mədəniyyət mərkəzi müxtəlif iclas, seminar və dialoqlardan təşkil olunmuş konfranslar keçirməklə Türkiyə və Muritaniya arasında geniş əlaqələr yaratmağa çalışırlar.
Bu mərkəzdə həmçinin islam mədəniyyətini təbliğ etmək üçün böyük bir kitabxana da mövcuddur. 928015
captcha