IQNA

Misirin devrilmiş diktatoru bu gün yenidən nümayişçilərin öldürülməsi ittihamı ilə mühakimə olundu

12:23 - January 05, 2012
Xəbər sayı: 2251699
Beynəlxalq şöbə: Misirin devrilmiş diktatoru Hüsnü Mübarək, onun iki oğlu Əla və Camal və Mübarək dövlətinin naziri Həbib Əl-adili dey ayının 13-ü nümayişçilərin öldürülməsi ittihamı ilə mühakimə olundular.
İran Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr olunan “Əl-youmə Əl-sabiu” qəzetinin məlumatına əsasən, Mübarək bu gün səhər vertolyot ilə Qahirə polis akademiyasına mühakimə olmaq məqsədilə daxil oldu və ondan qabaq isə onun iki oğlu, keçmiş nazir və 6 nümayəndəsi də mühakimə olunmaq üçün gətirilmişdir.
Qeyd olunmalıdır ki, keçən gün Mübarək, oğlanları, ölkə naziri və onun müavinləri mühakimə olunmaq üçün məhkəməyə gətirilmişdir və həmin iclasda qərara alındı ki, mühakimə bu həftənin cümə gününə kimi davam etdirilsin.
Qazi Əhməd Rüfət bu iclasa rəhbərlik edirdi və müttəhimləri nümayişçilərin öldürülməsi ittihamı ilə günahlandırdı. 928249
captcha