IQNA

Almaniyada “Həzrəti İsa Əhli-beyt (ə) hədislərində” adlı kitab nəşr olundu

15:40 - January 09, 2012
Xəbər sayı: 2254141
Elm və təfəkkür şöbəsi: Müəllifi Mehdi Müntəzər Qaim olan “Həzrəti İsa Əhli-beyt (ə) hədislərində” adlı kitab alman dilində çap olundu.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu kitab haqqında belə yazılıb: “Qərb dünyası əsasən Həzrəti İsa və Müqəddəs Məryəmlə (o Həzrətin anası) tanışdır. Kitabın yazılma məqsədi budur ki, İslamın İsaya baxışını və nəzərini öyrənsin. İsa Quranda “Ruhullah” və “Məsih” kimi xatırlanmışdır.
“Həzrəti İsa Əhli-beyt (ə) hədislərində” (Jesus - in den Überlieferungen der Ahl-ul-Bait) adlı kitabın müəllifi Mehdi Müntəzər Qaimdir, kitab alman dilində 212 səhifədən ibarətdir, ISBN 978-3- 939416-65-4- şifrəsi ilə 2011-ci ildə Bremen şəhərində nəşr olunmuşdur. Almaniyanın kitab bazarında 13 euro qiymətinə satılır. 923177
captcha