İran Quran Xəbər Agentliyi (İQNA): “İsesco” xəbər bürosunun məlumatına əsasən, İslam miras komitəsinin İSESCO təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə internet şəbəkəsinin açılışı Mərakeşin paytaxtı Rıbatda mərasim keçiriləcək.
İSESCO-nun baş katibi Əbdüləziz Osman Əl-Tuyceri bu şəbəkə ilə bağlı məlumatda dedi: Bu vebsayt islam miras komitəsinə islamın əsas mədəniyyətində hal-hazırda mövcud olan çətinliklərin aradan qaldırılması üçün bir fürsətdir, həmçinin müsəlmanların o cümlədən şəhər sakinlərinin qulağına çatdırıla biləcək bir səs rolunu oynayacaq.
Əl-Tuyceri sonda bildirdi: Tezliklə fəaliyyətə başlayacaq bu sayt müsəlmanlar və bütün sayt istifadəçiləri üçün mənəvi və mədəni dəyərlər kəsb edəcək və hamı islam mədəniyyəti və onun digər mədəniyyətlərə təsiri ilə bağlı məlumatlar əldə edəcəklər. 945236