IQNA

Belçikada “İslamlagörüş” adlı təhsil qurultayı keçiriləcək

19:11 - February 17, 2012
Xəbər sayı: 2275644
Beynəlxalq şöbə: “İslamlagörüş” adlı təhsil qurultayı bəhmən ayının 26-sı Belkiçanın paytaxtı Bruksel şəhərində keçiriləcək.
İran Quran XəbərAgentliyi (İQNA): «pageshalal» xəbər bürosunun məlumatına əsasən, bu təhsil qurultayı müsəlman yazıçı və təhqiqatçı Əbdülhəmid Təmsemani və Belçikanın dini mərkəzlərində islam elmləri üzrə müəllim Yəqub Muhinin iştirakı ilə keçiriləcək.
Təfsir və Peyğəmbər (s) yolunun davamında mənəvi təlimlər araşdırılacaq, sonra da Qurani-Kərimin təfsiri ilə bağlı şərhlər veriləcək.
Bu islam qurultayı beynəlxalq cəmiyyətlərin və “Müsəlman rəhbərləri“ adlı cəmiyyətin təşəbbüsü ilə keçiriləəcək. Təşkilatçılar bütün müsəlman və qeyri-müsəlman şəhər sakinlərini Brukselin “Sonnət-Luis” adlı institunda keçiriləcək qurultayda iştirak etməyə dəvətedib. 953717
captcha