IQNA

Suriyada islam inqilabının nailiyyətləri adlı jurnal nəşr olundu

19:24 - February 17, 2012
Xəbər sayı: 2275646
Mədəniyyət və incəsənət şöbəsi: İslam inqilabının əzəmətli qələbəsinin 33-cü ildönü mümünasibəti ilə, “Əl-cumhuriyyətul-islamiyyətul Əl-iraniyyətu, izzətu və iqtidaru” (İİR, izzət və qüdrət sahibi) adlı rəngli jurnal Suriya ölkəsində 2000 nüsxə tirajla çap olunmuşdur.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu jurnalda məlumatların dərc olunmasından əlavə, böyük rəhbərinTehrandakı beynəlxalq konfransda Ərəb dilində etdiyi çıxışı, siyasi, mədəni, iqtisadi, hərbi və ictimai mövzularda məqalələr də çap olunmuşdur.
Bu 28 səhifəlik jurnal İranın Suriyadakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə çap olundu və burada İmam Xomeyninin (r) şəkilləri, müxtəlif sahələrdə İİR-nın əldə etdiyi nailiyyətlər, İranın turizm və ziyarət mərkəzləri haqqında məlumatlar verilmişdir. 953436
captcha