Fələstin İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, Həmas bəyanatda universitet mühitində davamlı həbsləri və işğalçı qüvvələrin qadın tələbələri yerində dindirməsini açıq-aşkar hüquq pozuntusu və sistematik repressiya adlandırıb, həmçinin bu cür tədbirlərin Fələstin xalqını qorxutmayacağını vurğulayıb.
Hərəkatın bəyanatında deyilir: “İşğalçı qüvvələrin qadınların və tələbələrin, xüsusən də əl-Xəlil Universitetində həbs olunması və onların universitetin binasına aparılaraq yerində dindirməyə məruz qalması sistematik terror və Fələstin xalqına qarşı artan repressiya siyasətinin təsdiqidir.”
Həmas bu bəyanatda həmçinin hüquqi qurumları bu hüquq pozuntularını və fələstinli məhbusların ifadələrini sənədləşdirərək milli və beynəlxalq məhkəmələrə təqdim etməyə çağırıb və işğalçı liderlərin faşist cinayətlərinə görə cəzalandırılmasını tələb edib.
Həmas dünyadakı azadlıqsevərləri də Fələstin xalqı ilə həmrəylik aksiyaları keçirməyə və işğalçıların vəhşicəsinə törətdiyi cinayətlərin dayandırılması üçün təzyiqləri artırmağa dəvət edib.
Bəyanatda həmçinin Fələstin xalqına müraciət olunaraq, işğalçılara və müstəmləkəçi köçkünlərə qarşı – ki, onlar işğal olunmuş İordan çayının qərb sahilində xalqımıza qarşı ən iyrənc vəhşilik və repressiya formalarını həyata keçirirlər – bütün vasitələrlə mübarizə və müqaviməti davam etdirməyə çağırılıb.
4304992