“Əl-Aləm” kanalının verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyi, cümə axşamı, Ənsarullahla əlaqəli 32 şəxs və qurumu, həmçinin dörd gəmini sanksiyalar siyahısına daxil edib. Nazirlik bu addımı “indiyədək Ənsarullaha qarşı ən böyük sanksiya əməliyyatı” kimi xarakterizə edib.
Bu tədbirlər Yəmənə hərbi avadanlıq hissələri təmin etməkdə və ikili təyinatlı malların göndərilməsini təşkil etməkdə ittiham olunan Çində yerləşən bir neçə şirkətə qarşı məhdudiyyətləri də əhatə edir. ABŞ Maliyyə Nazirliyi həmçinin neft təchizatçılarını və Ənsarullahla əlaqəli gəmiçilik şirkətlərini də sanksiyalar siyahısına salıb.
2023-cü ilin sonlarından bəri Ənsarullah Yəmən, Fələstin xalqına dəstək məqsədilə Qırmızı dənizdə sionist rejimlə bağlı gəmilərə yüzlərlə PUA və raket hücumu həyata keçirib. Yəmənlilərin bu addımı sionist rejimin Qəzzada törətdiyi soyqırımın fonunda baş verib.
4304547