“İQNA”-nın “əl-Mısriyyu əl-Yəvm” qəzetinə istinadən verdiyi xəbərə görə, Əzhər şeyxi Əhməd Təyib, sentyabrın 24-də bu mərkəzdə şirkətin baş direktoru Tariq Maxlufun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Tayyib görüşdə bildirib: “Əzhər tarix boyu Qurani-Kərim elmlərinin və ərəb dilinin yayılması üçün çalışıb və bu səbəbdən möhkəm bir elmi qalaya çevrilib, eləcə də dünyanın hər yerindən tələbələr bu mərkəzin ardınca gəlməyə can atıblar.
O, Qurana xidmət yolunda olan fəaliyyətləri dəstəklədiyini vurğulayaraq, gənclərin Allah kitabı ilə bağlılığını artıracaq media proqramlarının hazırlanmasında əməkdaşlığa hazır olduğunu bildirib.
Tayyib əlavə edib ki, bu gün gənclərin təkcə “vicdan və fikir azadlığı” adı altında yayılmaqda olan sapqın və yad ideyaların təhlükələrinə deyil, ətraflarındakı bütün çağırışlara qarşı da agah olmağa böyük ehtiyacları var.
Görüşün davamında Tariq Məxluf və nümayəndə heyəti bu görüşdən məmnunluqlarını ifadə edərək, “əl-Müttəhida” şirkətinin Qurani-Kərim elmlərinin yayılması üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb və Əzhərin illik Qurani-Kərim hifzi müsabiqəsinin fəaliyyətlərini işıqlandırmağa hazır olduqlarını bəyan ediblər.
Həmçinin “əl-Müttəhida” şirkəti ilə Əzhərin İslam Araşdırmaları Cəmiyyəti arasında birgə əməkdaşlıq sazişinin bağlanmasına razılıq verilib ki, Əzhər Mushəfinin ərəb və ingilis dillərindəki nüsxəsi “Misir Qurani-Kərim” tətbiqində təqdim olunsun və xüsusilə Misirdə və ölkə xaricindəki gənclər də daxil olmaqla daha geniş kütlənin istifadəsinə verilsin.
Tərəflər, həmçinin Əzhərin Qurani-Kərim Nəzarət Komitəsindən icazə almış 30 tələbənin tilavət şəklində oxuduqları Qurani-Kərimin “Misir Qurani-Kərim” peyk telekanalında yayımlanması və xüsusi bir tətbiq formatında təqdim olunması barədə də razılığa gəldilər.
4305288