IQNA

Amerikada “İslama dəvət” layihəsi fəaliyyət göstərir

9:22 - March 08, 2012
Xəbər sayı: 2287804
Beynəlxalq şöbə: Amerikada 2009-cu ildən fəaliyyətə başlayan “İslama dəvət” adlı layihə, 2012 –ci ildə də yeni şüarla öz fəaliyyətini davam etdirəcək.
İQNA xəbər agentliyinin “mooslym” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, 2009-cu ildə Amerikada “İslama dəvət” adlı layihə fəaliyyətə başladı. “ Şimali Amerika Müsəlmanlarının Məclisi” təşkilatının bir qrup üzvünün təşəbbüsü ilə həyata keçən bu layihə “ Why Islam” “Niyə İslam” şüarı ilə fəaliyyət göstərirdi. Layihə bu ildə yeni şüarla öz işini davam etdirəcəkdir.
Təşkilatın məsul işçisi Əhməd Xalid bildirdi: “İslama dəvət” layihəsinin təşkil olunmasından əsas məqsəd bütün Amerika vətəndaşlarına, müsəlmanların zorakılıq tərəfdarı deyil, bəlkə sülh tərəfdarı olduqlarını başa salmaqdır.
O sözlərinə belə davam etdi: Layihə plakat, bannerlər və parçaların üstündə İslam haqqında yazılmış məlumatlarla öz işinə başladı. Bəzi vaxtlar bu məlumatlar hətta avtobus və şəxsi maşınların üstünə də yazılırdı. Vətəndaşlardan İslam haqqında məlumat əldə etmək üçün www.whyislam.org saytına müraciət etmələri və plakatların üzərində yazılmış telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunurdu.
Əhməd Xalid sonda bildirdi: “İslama dəvət” layihəsi yeni ildə “İslamdan qorxmayın, onu dərk edin.” şüarı ilə fəaliyyətə başlamışdır. Hal-hazırda Amerikanın müxtəlif bölgələrində bu mövzu ilə əlaqəli plakatlar asılmaqdadır.
967247
captcha