IQNA

Yalançı İrfanların zərər və ziyanları-2

9:28 - March 13, 2012
Xəbər sayı: 2290840
İnsanın əməli onun batinini təşkil edir. İnsan öldükdə öz batini ilə zahir olur. İnsanın batini onun ruhudur. Qiyamət günü insan öz əməli ilə zahir olursa bu o deməkdir ki, qiyamət günü insan öz ruhu ilə zahir olacaqdır.
(Tariq/9) - «یَوْمَ تُبْلَى السَّرَائِرُ» - Bu ayədə “tubla” zahir və aşkar olmaq, üzə çıxma mənasını daşıyır. “Sərair” sözü isə bir şeyin batini, gizli hissəsəi və həqiqəti anlamındadır. Bu cür ayələr və elmi və məntiqə əsasən bu qənaətə gəlirik ki, bu dünya iki tərkibdən təşkil olmudur: zahir və batin.
Ayə əsasən də insanın batini ki, əməllərinin həqiqətidir, Qiyamət günü zahir olacaq və üzə çıxacaqdır.
Bundan əlavə “tənasux” təfəkkürü “məad” təfəkkürünün əks-müqabildir.
Tənsuxun rəddi üçün dəlillər:
1- İki ruhun bir bədəndə yerləşməsi (müzlimə) = - ruh elmi və əməli kamallara çatandan sonra yenidən təzə və zəif bir bədənə daxil olması məntiqə uyğun deyildir.
2- İki ruhun bir bədənə aid olması batildir. Çünki vahidin çox olması irəli fəlir. Çünki insan nəfs və ruhu ilə tanınır. Tənasuxda bir ruh iki insan üçün tanınır. Bu zaman lazım gəlir ki, bir vücud iki vücud olmasın.
Bu nəzəriyyə batil bir nəzəriyyədir.
Bundan əlavə tənasuxunn rəddi üçün “Felin enerjiyə qayıtması” və “Nəfs və ruhun tətil olması" (bədənsiz və boş qalması) nəzəriyyələrinə də istinad ediıir.
Sədrul Mutəllihin (Molla Sədra) deyir: Məadı isbat edən hər bir dəlil Tənasuxu (Transmogrification) batil edir.
Dalai Lamanın prinsiplərindən biri də "Şad yaşamaq" öyrətimdir. O, şad yaşamağı həyatın əsas hədəflərindən sayıır. Bu prinsipə görə ən kamil məzhəb odur ki, insanın şad olması üçün özünün bütün mexanizimlərində yer ayırmışdır və buna əhəmiyyət verir.
O deyir: Mən insanın şad yaşamasına əhəmiyyət verən tək varlığam. Başqa məzhəblərdə ola bilsin ki, şad yaşamaq üçün də qanunlar nəzərdə tutulsun, amma heç birinin əsas hədəfi bu deyildir.
Fəali dedi: Dalai Lamanın bu fikri əslində BUDDAnın təfəkkürlərindən qaynaqlanır. Buddanın fikrincə insan doğulandan ölənə qədər əzabla ypldaşdır. Bununda səbəbi onun nəfsani istəklərin dalınca qaçmasıdır. Buna görə də əlçatmaz arzularla mübarizə olunmalıdır.
Budda bu mübarizə üçün səkkiz qanun yazmış və "Ti Pitke" rahiblik kitabında bu barədə geniş izah vermişdir.
Fəali: Dalai Lama Budda təfəkkürünün müasir formasını bir fikir kimi irəli sürür. Və dərd və əzablardan qurtarmaq üçün dünyada "gülüş" kulublarının yaranmasını təklif edir.
957198



captcha