İQNA xəbər agentliyinin “ABC” telekanalına istinadən verdiyi xəbərə görə Pentagonun sözçüsü “Corc Little” mart ayının 12-də bu əsgərin Əfqanıstanda mühakimə olunma ehtimalını rədd edərək dedi: Bu əsgər və hadisəyə aid istintaq və mühakimə Amerika vasitəsilə həyata keçəcək.
Bir halda ki, Əfganıstan Milli Məclisi dünən bu hadisəni rəhimsizlik və vəhşilik adlandıraraq bildirib ki, artıq, xarici silahlı qüvvələrin zülmləri qarşısında Əfqan xalqının səbr kasası daşıb.
Milli Məclis bu cinayəti törədənlərinin Əfqan xalqı qarşısında açıq mühakimə olunmalarını istəyib.
Əli Sirac – Əfqan tayfalarının milli vəhədət koalisiya rəisi, dedi: Bu cinayətkar əsgərin Amerikada mühakiməsi Əfqan xalqının alovlanmış qəzəbini soyutmayacaq.
O, təkid etdi: Amerika Əfqan xalqının tələbinə əməl etməli və bu əsgəri mühakimə üçün Əfqanıstan dövlətinə verməldir ki, onun haqqında ədalət icra olunsun.
Xatırladırıq ki, mart ayının 11-də amerikalı bir əsgər Qəndəharda yerləşən Amerika qüvvələrinin döyüş bazası yaxınlığındakı kəndlərdəb birinə hücüm edərək, dəhşətli bir cinayətdə 16 nəfər mülki sakin, o cümlədən 9 uşağı qətlə yetirmiş və 5 nəfəri də yaralaməşdır.
971085