İQNA xəbər agentliyinin “almanaralink” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, Misrin sabiq prezidenti Hüsni Mübarək qeydlərində belə iddia edir: Qəddafi, Libyada bir sıra mübahisədən sonra İmam Musa Sədri şəhid etdi.
O bildirir: Qəddafi, İmam Musa Sədri şama dəvət etdi. Bu zaman Misirdən ona göndərilmiş səs yazısını yayımladı. O bu görüşdə Livandakı daxili çaxnaşmaların əsas səbəbkarı Musa Sədrin olduğunu bildirdi.
Hüsni Mübarəkin iddiasına əsasən, bu səs yazısında İmam Musa Sədr, Ənvər Sadata hədə-qorxu gələrək Libyanı yaxın gələcəkdə Livanın gününə qoyacağını bildirir. Bu məsələdən sonra İmam Musa Sədrlə Qəddafi arasında mübahisə baş verdi. Bu zaman Qəddafinin köməkçiləri İmam Musa Sədr və əməkdaşlarını döyməyə başladılar.
O davam edir: Bu hadisədən dərhal sonra Qəddafi, İmam Musa Sədrin ölüm hökmünü verdi. Ölüm hökmü vermədən öncə öz adamlarına işgəncə alətlərini hazır etmələrini əmr etdi. Özü şəxsən İmam Musa Sədrə işgəncə verdi. İmam 4 saat işgəncədən sonra huşdan getdi. Qəddafi daha sonra adamlarına İmam Musa Sədr və əməkdaşlarını ağır dəmir parçalarına bağlayıb Aralıq dənizinə atmalarını əmr etdi.
O sonda bildirir: İmam Musa Sədr və əməkdaşlarının cəsədləri dənizdə aradan getmişdir. Qəddafi, İmam Musa Sədrin şəhadətinin bütün şahidlərini öldürdü. Bu məsələdə məndən başqa heç bir şahid mövcud deyildir. 975561