IQNA

"Salam xanım" dini jurnalının birinci sayı çapdan çıxdı

11:47 - April 03, 2012
Xəbər sayı: 2297036
İQNA xəbər agentliyinin Mrəkəzi Asiya şöbəsinin verdiyi xəbərə görə Əfqanıstanda "Salam xanım" dini jurnalının birinci sayı bu ölkənin "Yeni yuva" elmi-mədəni birliyinin səyi nəticəsində çapdan çıxdı.
Bu jurnalın buraxılış hədəfi müsəlman qadınının şəxsiyyət və məqamını ictimaiyyətə olduğu kimi çatdırmaq və onu layiqli olduğu ali dərəcəyə çatdırmaqdır.
"Yeni yuva" elmi-mədəni birliyi bu jurnalı yeni nəsilə təqdim etməklə onların bilmədiklərini və onlara deyilməyənləri onlara çatdırmaq fikrində olduğunu açıqlayıb.
Birliyin fikrincə jurnal yeni nəsil qadınlar üçün özlərini tanımaq və tanıtmaq üçün yeni fürsət yaradaqcaq və onlar bu fürsətdən istifadə edib öz ictimai ləyaqət, hörmət və dəyərlərini cilvələndirə biləcək və qadınlığın əsil dəyərinin qərblilərin hay-küyündə deyil İslamda olduğunu başa düşəcəkdir.
Jurnalın məsulları bu addımla Əfqan qadınları üçün öz istedadlarını ictimaiyyətin müxtəlif sahələrində söz və qələmlə cilvələndirmək üçün şərait yaratmaq fikrində olduğunu vurğulayıblar.
976017
captcha