IQNA

Braziliyada ilk dəfə İslami geyimlər sərgiyə qoyuldu

11:33 - April 05, 2012
Xəbər sayı: 2298286
Mədəniyyət və incəsənət qrupu: Braziliyanın İslam mərkəzinin təşkilatçılığı ilə ilk dəfə olaraq bu ölkənin Sao Paulo şəhərində bir sıra İslami geyimlər və hicab geyimləri sərgiyə qoyuldu.
İQNA xəbər agentliyinin Avropa regionu şöbəsinin verdiyi xəbərə görə ilk dəfə olaraq bu ölkədə qadınlara məxsus dini geyimlər İslami geyimləri xoşlayan qadınlar üçün sərgiyə qoyuldu.
Bu xəbərə əsasən sərgidə düzənlənmiş müxtəlif rəng və çeşidlərdə olan İslami geyimlər müsəlman və qeyri müsəlman qadınlar tərəfindən maraqla qaşılandı.
Sərgidən sonra geyimlər satışa çıxarılmış və hətta qeyri-müsəlman xanımlar tərəfindən də yaxşı müştəri qazanmışdır.
978581


captcha