IQNA

Ərəb rejimləri Qəzzənin mühasirə edilməsində İsraillə əlbirdirlər

0:08 - April 06, 2012
Xəbər sayı: 2298452
Beynəlxalq Qrup: Fələstinin seçilmiş dövlətinin baş naziri 2 apreldə Ərəb ölkələrinin Qəzzə sahilinin mühasirəyə alınması mövzusundakı tutduqları mövqelərini tənqid edərək bəzi Ərəb rejimlərinin Qəzzə sahilinin mühasirəyə alınmasının çətinləşdirilməsində İsraillə əməkdaşlıq etdiklərini söylədi .
İran Quran Xəbər agentliyinin (İQNA), İordaniya çapı Eldestur qəzetinə istinadən verdiyi xəbər görə, Fələstinin seçilmiş dövlətinin baş naziri İsmayıl Heniye Qəzzə zolağında üç Fələstinli uşağın cənazə mərasimində danışarkən Ərəb ölkələrinin Qəzzədə oturanların tədrici ölüm cinayətlərində İsraillə əməkdaşlıq içində olduğunu açıqladı.
İsmayıl Heniye danışmasının davamında Qəzzədəki insanlıq faciəsinin məsulunun İsrail olduğunu ifadə edərək Qəzzə zolağının quru, hava və dəniz yoluyla əhatə edilməsindən ötəri insanlıq faciəsinin bu bölgədə şəkilləndiyini və Amerikalıların himayət etməsiylə İsrailin bu faciəyə son vermək istəyənlərə maneə törətdiyini söylədi.
Fələstinin seçilmiş dövlətinin baş naziri eyni halda Qəzzədəki tədrici ölümlər, mühasirə və cinayətlər qarşısındakı uzun səssizliklərini qoruyan ölkələri bağışlamayacaqlarını söylədi.
İsmayıl Heniye son olaraq Qəzzə sahilini böyük bir zindana bənzədərək, Qəzzənin mühasirə edilməsi qarşısında Ərəb ölkələrinin səssizliyindən və İsraillə beynəlxalq əməkdaşlıq edərək cinayətlər qarşısında utanc verici mövqeləri nəticəsində bu bölgədə 360-dan çox adamın öldüklərini xatırlatdı.
Heniye sonda Qəzzə böhranında uşaqların və qadınların haqqında edilən zülmü görüb susan hər kəsin əməllərinə Allahın şahid olduğunu xatırlatdı.
977461
captcha