IQNA

Qırğızıstan məclis üzvləri Həcc və Ümrəyə müşərrəf oldular

0:10 - April 06, 2012
Xəbər sayı: 2298453
İctimai-Siyasi Qrup: Qırğızıstan Respublikası məclis üzvləri və Prezident aparatının işçiləri bu ölkənin böyük müftisiylə birlikdə bu həftənin sonunda Həcc və Ümrəyə müşərrəf oldular.
İran Quran Xəbər agentliyinin (İQNA), Asiya mərkəzi şöbəsinin xəbərinə görə, Qırğızıstan böyük müftisi Çubek hacı Calilov, məclis üzvləri, Prezident aparatının işçiləri və islam universiteti başçısından ibarət olan 23 nəfərlik qrup həcc və ümrə fərzlərini yerinə yetirmək üçün vəhy məkanına getdilər.
Bu xəbərə görə, Qırğızıstan səlahiyyətliləri və məsullarından ibarət olan karvan həcc fərzini yerinə yetirmək üçün ilk dəfə vəhy ölkəsinə gedəcəklər.
Son zamanlarda bu ölkənin məclis üzvləri İslami dini işlərin tətbiq olunması hərəkətində fəal çalışmaqdadırlar və bu mövzu bəzi İslam müxaliflərini narahat edir.
977691
captcha