İran Quran Xəbər agentliyi (İQNA): "Jacksonville" xəbər mərkəzinin bildirdiyinə görə, Jones, 3 aprel Çərşənbə axşamı günü Floridanın şimal şərqində Respublikaçıların seçki yığıncağında danışaraq İslamın söz azadlığının düşməni olduğunu iddia etdi.
Jones Amerikada və Avropa ölkələrində məsələn Almaniya, Danimarka və Britanyada İslamın yayılmasına diqqət çəkərək bu gedişin qətiliklə Amerikada dayandırılmasın lazım olduğunu söylədi.
Bu Floridalı keşiş keçən il Qurani-Kərimin nüsxələrini yandıraraq bu müqəddəs İslam kitabına xəyanət edərək dünyada azadlıq istəyən müsəlmanların qəzəbini təhrik etmişdi. Lakin bu hörmətsizliyə nisbətən edilən geniş etirazlara baxmayaraq Amerika organları tərəfindən Jones əleyhinə heç bir addım atılmadı.
978242