İQNA xəbər agentliyinin məlumatına əsasən, İran Mədəniyyət Mərkəzinin məsul işçilərindən biri olan Muhəmmədrza Pakrəvan mərasimdə ilk olaraq İslam dininin vəhdət və birlik, qardaşlıq və mehribanlıq dini oluğunu bildirdi. O islam dininin məxsus bir əsrə və zamana aid olmadığını xüsusi olaraq vurğuladı.
Mərasimin davamında Yunanıstan vətəndaşı Allahın birliyinə, həzrət Muhəmmədin (s) risalətinə və İmam Əlinin (ə) vilayət və imamətinə iqrar edərək İslam dinini qəbul etdi və özü üçün Yusif adını seçdi.
Mərasimin sonunda yadigar olaraq İran Mədəniyyət Mərkəzi tərəfindən yeni müsəlman olmuş Yusifə Yunan dilinə tərcümə olunmuş Qurani-Kərim hədiyyə olundu. 979693