IQNA

1:09 - April 10, 2012
Xəbər sayı: 2301333
Beynəlxalq Qrup: “Hilyətül Şərifə” xəttatların diliylə İslam Peyğəmbərinə(s) eşq” ünvanıyla 13-15 aprel arası İstanbulda sərgi təşkil ediləcək.
İQNA xəbər agentliyinin “risalehaber” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, bu sərgi Diyanət Başçılığının səyiylə ilk olaraq İstanbulda Ayasofya muzeyində təşkil olunacaqdır.

Diyanət Başçısı Muhammmed Gürbüz, Baş nazirin Dövlət spikeri Bülent Arınç, Baş nazir Müşaviri Bəkir Bozdağ, daxili işlər Naziri İdris Nəim Şahin, Mədəniyyət Naziri Ərtoğrul Günay, Montenegro respublikasının İslami Şeyxlik Başçısı Rəfət Feziç, Bolqarıstanın Böyük Müftisi Mustafa Hacc Aliş bu sərginin açılış mərasimində iştirak edəcəklər.

Bu sərgidə Türkiyənin tanınmış xəttatı Məhəmməd Çəbinin xəttatlıqla əlaqədar 99 əsəri və İslam dünyasının xəttatlarının toplanan böyük əsərləri sərgilənəcək.

Hilyə termin olaraq Peyğəmbər (s) və İmamların (ə) bütün xüsusiyyətləri üçün istifadə olunan termindir. Gözəl yazı sənəti Osmanlılar arasında məşhur idi. Hilyə yazı sənətində Osmanlı xəttatlar Peyğəmbərə (s) olan sevgilərini göstərərək, Peyğəmbərin (s) hilyəsi hər harada olursa olsun o yerin təbii fəlakətlərdən qorunduğuna hətta orada yaşıyanların bərəkət, rifah və rahatlıq içində olduqlarına inanırdılar. 980804
Ad:
E-poçt:
* Comment:
* captcha: