İQNA xəbər agentliyinin məlumatına əsasən, aprelin 13-ü cümə günü o İran İslam Respulikasının İspaniyada yerləşən Mədəniyyət Mərkəzinə gələrək İslam dinini qəbul etməsini belə açıqladı: Din, hər zaman insanların mənəvi ehtiyacıdır. Mən bu fitri ehtiyacdan əlavə İslam dininə olan bağlılığı hər zaman hiss edirdim.
O daha sonra Allah Taalanın tək olduğuna və həzrət Muhəmmədin (s) peyğəmbərliyinə şəhadət verərək İslam dinini qəbul etdi. Daha sonra isə dedi: İslam dininin haqq din olmasını anlamaq mənim həyatımın ən əsas hissəsidir. Çünki İslam dini mənim üzümə yeni və əvəzsiz təfəkkür qapıları açdı. 985912