İQNA xəbər agentliyinin "e-haberajansi" saytına istinadən verdiyi xəbərə görə Türkiyənin humanitar yardım birliyi Anadolu xeyriyyə fondunun iştirakı ilə 100 min nüsxə Quranın Etiopiyanın dini mərkəz və məscidlərində paylanması üzrə proqrama başlamışdır.
Türkiyənin humanitar yardım birliyinin sözçüsü Etiopiyada Quran çatışmamazlığına görə bəzi müsəlmanların əziyyət çəkdiyinə işarə edərək dedi: Bu ölkədə Quran oxumaq və hifz etmək istəyənlər bir surə hifz etdikdən və ya oxuduqdan sonra Quranı dostlarına əmanət vermək mək məcburiyyətindirlər. Quran yenidən onun əlinə çatması üçün 20 gün gözləmili olurlar.
Bu günə qədər bu ölkənin imkansızlar məhəllələrində 15 min nüxsəyə yaxın Quran paylanılmışdır. Gələn aylarda bu nüsxələrin sayı 100 minə çatdırılacaq.
Qeyd edək ki, bu ölkədə 55 milyon müsəlman yaşayır və təhsil sistemində dini ədəbiyyat azlığından əziyyət çəkirlər. Dini dərslərin çoxu vəsait olmadığından şifahi tədris olunur.
985856