İran Quran xəbər Agentliyi (İQNA): Şəhid Avini adına Sənət-Mədəniyyət İnstitutunun verdiyi xəbərə görə, televiziya prodüseri Məhəmməd Haşimi bu mövzu ilə əlaqədar olaraq Şəhid Abbas Musəvinin haqqında xüsusi bir seriyal hazırlamaq əzmində olduqlarını və çəkilişin xaricdə ediləcəyini bildirdi.
Haşimi, araşdırma mərhələsinin sona çatmasıyla Cabir Qasiməlinin indi bu böyük serialın mətnini yazmaqla məşğul olduğunu və detallı bir iş olacağını söylədi.
Bu seriyal 26 bölmədə və Tele-radio nazirliyinin nəzdində çəkilir. Ancaq hələ rejissor və oyunçular haqqında qəti qərar verilməyib.
Seyid Abbas Musəvi - Livan Hizbullahlarının köhnə lideri və qurucusu, Şeyx Rağib Hərbin şəhid edilməsinin ildönümü mərasimindən dönərkən ailəsiylə birlikdə İsrail hava qüvvələri tərəfindən sui-qəsdə uğrayaraq şəhid oldu.
993246