Mədəniyyət və İncəsənət qrupu: Tehran beynəlxalq kitab sərgisi ziyarətçilərinin "Əl-Huda" beynəlxalq kitab nəşriyyatının yeni əsərləri ilə yaxından maraqlanmaları səbəb olmuşdur ki, bu naşir "Zibrul-Hadidid" toplusunun Farsca nüsxəsini çap etsin.
İQNA xəbər agentliyinin İslami əlaqələr və mədəniyyət şöbəsinin verdiyi xəbərə görə 14-cildlik "Zibrul-Hədid" toplusu İslam Oyanışı dalgasının köklərini araşdırmış və Şəhid Mustafa Çamran, Seyid Qütb, Fəthi Şəqaqi, Seyid Abbas Musəvi, Əhməd Şah Məsud, Seyid Məhəmmədbaqir Həkim, Seyid Məhəmmədbaqir Sədr, Arif Huseyni və İmad Muğniyə kimi mübariz müsəlman şəxsiyyətlərin mübarizə həyatını tanıtdırmışdır.
Qeyd edək ki, bu toplunu kamilləşdirmək üçün İslam dünyasının mübariz şəxsiyyətləri haqqında araşdırmalar davam edir.
1003213