IQNA

Liviya və ilk xalqsevərlik imtahanı

18:18 - May 22, 2012
Xəbər sayı: 2331891
Beynəlxalq qrup: Afriqanın Şimalı özünü böyük tarixi dəyişikliyə hazırlayır. Bu dəyişilmənin mənşəyi xalis İslami nəzərlər və onun əsası inkişaf və ictimai qloballaşmadır. Bu halda dini xalqsevərlik və inqilab hədəflərini həyata keçirmək bir qrupu azad seçkilər keçirməyə sövq edir.
Afriqanın Şimalında yerləşən Liviya özünə məxsus qəbilə və tayfa dolaşıqlığı ilə dini xalqsevərlik zəmnində addım atmağa başlayıb. Bu bir haldadır ki, müstəqil Livyalı kimliyi və dövlət və millət arasında əlaqələrin klassik şəkildə tərifi çox çətindir.
Liviya xalqı çox çətinliklərə sinə gərərək Qəzzafi dövrünə qayıtmaqa hazır deyildir. Buna görə də Benqazidəki ilk Yerli Şura seçkilərini vahid Libiya seçkiləri üçün ilk addım hesab etmək olar.
2011-ci ilin fevral ayının 17-dəki inqilab Müəmmər Qəzzafinin 40 illik diktatorluğuna son qoydu. Unutmaq olmaz kimi bu inqilan Liviya xalqı üçün böyük tarixi təcrübədir. Çünki bu ölkə birinci Şah İdrisin zamanından (1960) bu günə qədər azad seçki üzünə həsrət qalmışdır.
Benqazidə 414 nəfər parlamentin 41 kürsüsünü qazanmaq üçün rəqabət edəcəkdir. Bu seçkilərin nəticəsi Liviyanın gələcək seçki taleyini həll edəcəkdir.
Nəzərdən qaçırmayaq ki, 2012-ci ilin mart ayında bir qrup qəbilə başçıları və siyasi qüvvələr Liviyada mərkəzi hökümətə bağlı olmayan muxtar vilayət yaratmaq istəyirdilər ki, nəticə vermədi.
Başqa bir yandan da "Burqə" adlanan bir qruplaşma Yerli Şura seçkilərini baykot etmək istəyirlər ki, dövlət tərəfindən onlara elə də əhəmiyyət verilmir və onların istəkləri baş tutmayacaq.
Hər halda bu gün Liviya üçün əhəmiyyətli budur ki, bu xalqın milli sərvətlərindən Liviyanın inkişaf və tərəqqisi üçün istifadə olunsun. Xalqın İslami dəyərlərinə önəm verilsin.
Seyid Behzad Əxlaqi
1012124
captcha