IQNA

Livan Hökuməti Quru Yoluyla Edilən Səyahətləri Qadağan etdi

17:18 - May 30, 2012
Xəbər sayı: 2337993
Beynəlxalq Qrup: Livan Baş naziri 28 May tarixində bölgədəki müqəddəs məkanları ziyarətə gələn hacılara quru yolu səyahətlərinin qadağan edildiyini bildirdi.
İran Quran Xəbər Agentliyi (İQNA), ‘Xinhua' xəbər mərkəzinə istinadən verdiyi xəbərə görə, Livan Baş naziri Nəcib Mikati əmr olaraq nəşr olunan şərhlə əlaqədar olaraq bölgə ölkələrdəki mübarək ziyarət məkanlarına Livanlı vətəndaşların yalnız hava yoluyla səyahət icazəsinin verildiyini və quru sərhədləri ilə səyahətin bir müddətə qadağan edildiyini açıqladı.

Bu əmr İran ziyarətindən ölkələrinə dönən bir qrup Livanlı hacının dönüş zamanı Suriya təcavüzkarları tərəfindən qaçırılmaları üzündən tətbiqə qoyulmuşdur.

Livan Baş naziri bu qadağan etmənin yalnız məhdud bir müddət üçün etibarlı olduğunu və yaxın bir gələcəkdə quru sərhədlərinin bölgəyə gedən hacılar üçün açılacağını vurğuladı.

1019722
captcha