IQNA

Malavidə müsəlman qadınlar hicabdan istifadənin azadlığını istədilər

22:43 - May 30, 2012
Xəbər sayı: 2338073
Beynəlxalq qrup: Müsəlman Qadınlar Təşkilatı (MWO) Malavidə bu ölkənin prezidenti Joyce Bandadan dövlət idarələrində hicabdan istifadənin sərbəst olmasını və azadlığını istədilər
İQNA-nın (İran Quran Xəbər Agentliyi) «Islam Today» saytına istinadən vediyi məlumata görə Fatimə Nədilə - Malavi Müsəlman Qadınlar Təşkilatının (MWO) rəisi, bu ölkənin prezidenti Joyce Banda ilə görüşündə dedi ki, bu ölkənin müsəlman qaınları dövlət idarələrində hicabdan istifadə haqqına malik olmalıdırlar.
Banda da öz növbəsində söz verdi ki, müsəlman qadınlardan və onların dövlətdə ki, mühüm rollarından himayət edəcəkdir.
Yaxınlarda Malaviyalı müsəlman tibb bacıları öz iş yerlərində hicabdan istifadə də sərbəstlik qazanmışlar. Həmçinin bu ölkənin Mühacirlər idarəsi müsəlman qadınlara icazə vermişdir ki, pasportlarına hicablı şəkil vursunlar.
İslam Malavidə ikinci böyük dindir. Rəsmi statiskaya görə bu ölkənin 12 milyonluq cəmiyyətinin 12 faizi müsəlmanlardır. Malavi Müsəlman Birliyi (MAM) bu ölkənin 36 faizinin müsəlman olduğunu iddia edir.
1020269
captcha