İQNA-nın (İran Quran Xəbər Agentliyi) «lorientlejour» saytına istinadən verdiyi xəbərə görə Əbdülhəkim Bulhac dünən (5 iyun) “Reuters” xəbər agentliyi ilə söhbətində bi xəbəri təyid edərək deyib: Liviyanın siyasi səhnəsində aktiv iştirak etmək üçün Tripoli Hərbi Şurasının rəhbərliyindən istefa verdim və İslam təmayüllü “Əl-Vətən” partiyasını təsis etdim. Halhazırda partiyanın əsasnaməsini Liviya dövlət məsullarına təqdim etmişəm və ölkənin hər yerindən bu partiyaya üzv olmaq istəyənlər üzv olmağa hazır olduqlarını elan ediblər.
Əbdülhəkim Bulhac Qəzzafi rejimi dövründə siyasi fəaliyyətlərinə görə həbs olunmuşdu. Liviya inqilabında mühüm rol oynadı. İnqilabçıların dediyinə görə 25 min inqilabçı onun rəhbərliyi altında vuruşmuşdur.
Qeyd edək ki, Liviyanın ilk azad seçkiləri iyun ayının 19-da keçiriləcəkdir.
1023264