IQNA

21:22 - July 14, 2012
Xəbər sayı: 2368251
Siyasi-İctimai qrup: Vaqif Abdullayev – AİP-in sədr müavini, Bakı şəhərində həbsxanada xəstəlik sbəbi ilə vəfat etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Mərkəzi Asiya şöbəsinin verdiyi xəbərə görə Vaqif Abdullayev – AİP-in sədr müavini, Bakı şəhərində həbsxanada 69 yaşında ikən xəstəlik sbəbi ilə vəfat etdi. O, bir qrup İslamçı ilə keçən il Hicab məsələsi hadisələrində yersiz ittahmlarla və iftira atılaraq qeyri-qanuni olaraq həbs olunmuşdu ki, iyul ayının 13-də zindanda vəfat etdi.
Xatırladaq ki, Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri üzrə istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011– ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmayıb.
1051980
Ad:
E-poçt:
* Comment:
* captcha: