IQNA

Türkiyədə 86 yaşlı Quran hafizi təltif olundu

10:48 - July 17, 2012
Xəbər sayı: 2370625
Siyasi-İctimai qrup: Niyazi Özçəlik, Türkiyənin Düzcə vilayətinin sakini, 86 yaşında Qurani-Kərimi hifz etməyə müvəffəq olduğu üçün keçən cümə günü Düzcənin Dini Mərkəzi tərəfindən mükafatlandırıldı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın cənub-qərb bölgəsi şöbəsinin verdiyi xəbərə görə bu təltif etmə mərasimində Əli Ərbaş – Diyanət İşləri Bakanlığının təlim işləri müdiri, dedi: Düzcə şəhəri Quran hafizləri diyarıdır. Bu şəhərin adamlarından çoxları bu iftixara nail olublar. Niyazi Özçəlik də öz çoxlu təlaşları ilə bu yaşında bütün Quranı hifz edə bilmişdir. Bu kişi Quran hifz etmək istəyənlər üçün ən yaxşı nümunədir.
Selami Emen – dini mütəfəkkir, dedi: Bu yaşda Quran hifz edən insanlar çox azdır və bu hər müsəlman üçün böyük iftixardır.
1052596




captcha