IQNA

Ərəbistanda Ayətullah Nəmri himayə etmək üçün mitinq keçiriləcək

9:18 - September 05, 2012
Xəbər sayı: 2405420
Beynəlxalq qrup: Ərəbistanın Şərqiyyaə məntəqəsinin "Azadlıq və Ədalət" qruplaşması Ərəbistanda Səudiyyəli şiə ruhanisi Ayətullah Nəmr Baqir Ən-Nəmr ilə birlik elan etmək üçün xalqı sentyabr ayının 5-də (bu gün) mitinq keçirtməyə dəvət etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Brasa" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə bu mitinq "Ayətullah Nəmr, Taif məntəqəsinin simvolu" şüarı ilə Ərəbistanın şiələr yaşayan Əşşərqiyyə regionunda keçiriləcəkdir.
Ərəbistanın Şərqiyyaə məntəqəsinin "Azadlıq və Ədalət" qruplaşması Facebook sosial şəbəkəsində Səudiyyəlilərdən istəmişdir ki, bu mitinqdə iştirak etsinlər.
Mitinq bu gün axşam vaxtı yerli vaxtla 20:30-da Şərqiyyə məntəqəsinin Məqbərətud-Dəbabiyyə türbəsinin önündən başlayacaqdır.
Xatırladırıq ki, Ayətullah Nəmr Baqir Ən-Nəmr iki ay bundan öncə səudiyyə silahlə qüvvələrinin hücumu nəticəsində yaralanmış və həbs edilmişdir.
1090423
captcha