IQNA

Hindistanda 300 illik tarixi olan qızılı Quran tapıldı

13:57 - September 09, 2012
Xəbər sayı: 2408121
Quran üzrə fəaliyyətlər qrupu: Hindistanda qızıl ilə yazılmış və 300 illik tarixi olan Qurani-Kərim nüsxəsi tapıldı. Bu nüsxə Hindistanın Utraperadeş vilayətinin Cunpur şəhərində kəşf edilmişdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiya regionu şöbəsinin verdiyi xəbərə görə bu qızıl ilə yazılmış Quran nüsxəsi Sacid Həmid adlı bir vətəndaşın evindən aşkar edilmişdir.
Sacid Həmid dedi: Bu Qurani-məcid ki, 756 səhifəsi vardır ona ulu babalarından irs qalıb. Hal-hazırda bizim ailəmiz onu böyük fəxr ilə qoruyurlar.
Qeyd edək ki, bu qızıl ilə yazılmış Quran nüsxəsi sentyabr ayının 6-da Hindistan dövləti tərəfindən qiymətli və etibarlı sənəd kimi təsdiqlənib.
1093188
captcha