Jean Baird – Kanadın Xarici İşlər Naziri təhqiredici bir bəyaniyyədə İran İslam Respublikasını dünya sülhü üçün ən təhlükəli ünsür adlandırmış və tələbələrin 2011-ci ildə İngilis səfirliyinə hücumunu, İranın Bəşar Əsədi himayə etməyini və nüvə enerjisinə yiyələnmək istədiyini buna dəlil olaraq göstərmişdir.
Bu hadisədən heç kəs sionist rejimi qədər xoşhal olmadı. Benyamin Netanyahu – Sionist rejimin baş naziri, CBC radiosu ilə müsahibəsində dedi: "Mən Harper dövlətinə öz dərin təşəkkürümü bildirirəm".
Şimon Prez – sionist rejimin köhnə rəisi, bəyaniyyəsində demişdir: "Kanada bir daha sübut edti ki, əxlaqi üsullar onun üçün Praqmatizmdən daha üstündür. Onlar sübut etdilər ki, siyasət əxlaqi üsulları və insani dəyərləri özündə göstərməlidir... başqa ölkələrdə Kanadadan ölçü götürməlidir".
Bunun da qarşısında İran dövləti elan etdi ki, kanadanın bu addımı İsrail Lobbysinin sifarişi ilə atılmışdır. Sionistlər istəyirlər dünyanın diqqətini özlərinin fələstindəki cinayətlərindən yayındırıb İrana tərəf yönəltsinlər. Kanadada müxtəlif sionist təşkilatları fəaliyyət göstərirlər. Bunların məşhuru "İsrail və Kanada komitəsi"dir. Bu komitənin büdcəsi CİJA – (Kanadanın Yəhudiləri himayə şurası) tərəfindən ödənilir. Hər il Kanadanın sionist təşkilatlarına 4 milyon dollar vəsait ayrılır. Kanadanın İsrail federasyonlarının neçə-neçə tabe təşkilatları da vardır. Bunlar hamısı sioniszimin güclənməsi üçün fəaliyyət göstərirlər.
Bunlardan "Kanada-İsrail təcrübəsi", "Untaryo regionu cəmiyyəti", "Yəhudilərin vəqf sandığı" və Kanada yəhudilərinin konqresi təşkilatlarına işarə etmək olar. Bu təşkilatlar hər il 75 milyon dollar vəsait kömək edirlər.
Kanada məsulları bu unatdıcı əməllərindən heç vaxt utanmayəblar. Kanadalılar dövlətin bu siyasətini ağılsızlıq adlandırırlar.
Stephen Harper deyib: "Biz özümüzü israilin ən yaxın şəriki sayırıq... sionist rejimi yaranandan bəri (1948) kanada hər bir sahədə bu rejimə kömək olmuşdur".
İsrail rejiminin İranı küncə sıxışdırmaq sevinci uzun çəkmədi. Qoşulmama Hərkatına üzv 120 ölkənin Tehran sammitinə toplanması və Qərbin bu siyasətini pisləməsi sionist rejimin kefinə soğan doğradı. Bu sammitdə İran nüvə enerjisi proqramı himayə olundu, ABŞ və Avropa isə qınandı.
1103430