İQNA xəbər agentliyinin məlumatına əsasən, Rusiyanın həcc və ziyarət idarəsinin müvəqqəti sədri İlyas Xanov bu təşkilatın yaranma tarixinin onuncu ili münasibəti ilə təşkil olunmuş mərasimdə bildirdi: Son on il ərzində 200 mindən artıq müsəlman zəvvar bu idarənin təşkilatçılığı ilə Məkkə, Mədinə və digər müqəddəs məkanları ziyarət etmək üçün yollanmışlar.
O həmçinin bildirdi ki, bu idarə Rusiya dövlətinin köməyi və himayəsi sayəsində açılmış və hər il zəvvarların daha da yaxşı ziyarət etmələri üçün lazımi səylər göstərilir.
1104865.