IQNA

Həmas, Sionist rejimi 3-cü "İntifazə"nin başlanacağı ilə təhdid etdi

6:39 - October 03, 2012
Xəbər sayı: 2424831
Beynəlxalq qrup: Həmas – Fələstin İslam Müqaviməti Hərəkatı, sionist rejimin Qüdsə və Əqsa Məscidinə təcavüzünə reaksiya verərək deyib: "Fələstinin 3-cü "İntifazə"si tezliklə başlayacaqdır".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Alresalah" qəzetinə istinadən verdiyi xəbərə görə Fövzi Bərhum – Həmasın sözçüsü, bu məsələni önə çəkərək deyib: Fələstinin indi şəraiti ikinci İntifazə hərəkatının yarandığı dövrə oxşayır.
Bərhum, Sionistlərin Qüds və Məscidul-Əqsada həyata keçirdikləri irqçi siyasətə işarə edərək dedi: Üçünci İntifazə Müqəddəs İslami Məkanlardan himayə məqsədi ilə həyata keçiriləcəkdir.
O dedi: Səyyar Fələstin dövləti heç vaxt israil ilə müzakirələrini dayandırmadı. Buna görə də İsrail öz qeyri-qanuni siyasətlərini Qüds xalqının əleyhinə davam etdirməkdədir.
Həmasın sözçüsü təkid etdi: Ərəb və İslam ölkələri heç vaxt Qüdsə və Məscidul-Əqsaya etdiyi təcavüzlərə görə israilə rejiminə ciddi təziqlər göstərməyiblər.
O, İslam ölkələrindən Sionist rejimin təcavüzlərinin qarşısını almaq üçün bu rejimə təziq göstərmələrini istədi. Və Ərəb ölkələrindən istədi ki, müştərək və müttəhid bir strategiyadan istifadə edərək bu rejimin qarşısında dayansınlar.
1112204
captcha