IQNA

Salman Rüşdünün qorxusu

10:21 - October 03, 2012
Xəbər sayı: 2425027
Beynəlxalq şöbə: “Şeytani ayələr” adlı təhqiredici kitabın müəllifi Salman Rüşdü günbəgün İmam Xomeyninin fətvasının internet şəbəkələrində yayılmasından qorxuya düşdüyünü bildirdi.
İQNA xəbər agentliyinin “francetv” xəbər bürosuna istinadən verdiyi məlumata əsaən, İngiltərədə yaşayan Hind əsilli mürtəd yazıçı Salman Rüşdü, Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən konfransda bildirdi: Bu fətva 1988-ci ildə verildiyi zaman telefon və faksdan başqa heç bir əlaqə xidməti olmadığı halda fətva bütün dünyaya yayılmışdı. İndi isə bu fətvanın internet şəbəkələrində yayılması məni daha da qorxudur.
O davam etdi: Halhazırda məlumat sürəti güclü olduğu üçün dünyanın kiçik bir yerində hadisə baş verən kimi hamı ondan xəbərdar olur və bu məsələ mənim kimi insanlar üçün çox qorxuludur.
1111801.
captcha