İQNA xəbər agentliyinin “francetv” xəbər bürosuna istinadən verdiyi məlumata əsaən, İngiltərədə yaşayan Hind əsilli mürtəd yazıçı Salman Rüşdü, Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən konfransda bildirdi: Bu fətva 1988-ci ildə verildiyi zaman telefon və faksdan başqa heç bir əlaqə xidməti olmadığı halda fətva bütün dünyaya yayılmışdı. İndi isə bu fətvanın internet şəbəkələrində yayılması məni daha da qorxudur.
O davam etdi: Halhazırda məlumat sürəti güclü olduğu üçün dünyanın kiçik bir yerində hadisə baş verən kimi hamı ondan xəbərdar olur və bu məsələ mənim kimi insanlar üçün çox qorxuludur.
1111801.