IQNA

İsveç məscidlərindən birində ilk dəfə olaraq azan veriləcək

23:27 - October 03, 2012
Xəbər sayı: 2425557
Beynəlxalq qrup: İsveç müsəlmanları ilk dəfə olaraq bu ölkədə məscidlərin birinin minarəsindən azan səsi ucalda biləcəkələr. Müsəlmanlar ilk dəfə olaraq İsveç dövlətindən bir məsciddə azan vermək üçün icazə ala biliblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Onİslam" saytına istinadən verdiyi məlumata əsasən, İsveç müsəlmanları ilk dəfə olaraq məscidin minarəsindən azan səsi ucalda biləcəkələr. Onlar ilk dəfə olaraq İsveç dövlətindən bir məsciddə azan vermək üçün icazə ala biliblər.
İsveç radiosu elan edib ki, Cənubi Stockholmun Ficita məntəqəsinin yerli komitəsi minarələrdən azan qadağasını ləğv edib.
Komitənin bu qərarı İsveç əhalisi tərəfindən müsbət qarşılanıb və yalnız Məsih Demokrat partiyası bu qərara etirazını bildirib. Partiya azan səsinin onları narahat etdiyini iddia edib.
İsmail Uğur – Stockholmun Botkyrka regionunun İslami Birliyinin rəisi, İsveçin "Dagen" qəzeti ilə müsahibəsində deyib: Biz bütün ömrümüzü İsveçdə yaşamışıq, vergilər ödəmişik, nümunəvi vətəndaş olmuşuq, İsveç dövləti üçün yaxı nailiyyətlər əldə etmişik. İndi isə kiçik bir xahişimiz var. İstəyitik ki, dini azadlığımız olsun.
Məlumata əsasən müsəlmanların 2012-ci ilin əvvələrində Azan verilməsi üçün ərizələrinə cavab verilmiş və 1994-cü ildə Azan verilməsinə qarşı qadağa qoyan qanun ləğv edilmişdir. Bu barədə son rəy oktyabr ayının axırlarında veriləcəkdir. Bu qanun təsdiq edilərsə müsəlmanlar minarələrdən azan verə biləcəklər.
Uğur dedi: Biz ən azı Cümə namazlarında Azan verilməsini istəyirik. Bu da olmasa ilin iki böyük bayram namazlarının azanı üçün addım atacayıq. Bu bütün müsəlmanların haqqıdır.
Qeyd edək ki, 9 milyonluq İsveçdə 500 min nəfərdən çox müsəlman yaşayır.
1112906
captcha