IQNA

Türkiyədə “Məscidlərin ictimai yaşayışa təsiri” adlı konfrans keçirildi

10:57 - October 04, 2012
Xəbər sayı: 2425620
İctimai şöbə: Türkiyənin dini işlər üzrə idarəsi “Məscidlər həftəsi” münasibəti ilə Aydın şəhərində “Məscidlərin ictimai yaşayışa təsiri” adlı konfrans təşkil etdi.
İQNA xəbər agentliyinin məlumatına əsasən, ilk öncə şəhərin dini alimi Ömər Kocaoğlu məscidlər həftəsi münasibəti ilə iştirakçıları təbrik edərək dedi: Məscidlər həftəsi cari ildə “Məscidlər və əlillər” ünvanı ilə adlanmışdır. Məqsəd isə əlil insanların dini maariflərinin səviyyəsini yuxarı aparmaqdır.
O davam etdi: Məscidlər bütün insanların rahat şəkildə ibadət etmələri üçün tikilməlidir. Elə buna görə də məscid tikərkən əlil insanlarda nəzərə alınmalıdır.
Konfransın davamında “Dokuz Eylul” universitetinin elmi heyətinin üzvü Camal Sufioğlu da çıxış etdi. O məscidin bütün insanlar üçün bərabər şəkildə müqəddəs yer olduğuna işarə edərək dedi: İnsanın yaranma səbəblərindən ən əsası Allaha ibadət etmək ve onun qarşısında öz bəndəliyini nümayiş etdirməkdir. Elə buna əsasən də insanların həyatında məscidlər və ibadətgahlar formalaşmış və indiyə qədər insanın ictimai yaşayışında ən əsas yerlərdən biri sayılır.
1112229.
captcha