IQNA

Təbriz şəhərində "İslamçılar" şeir festivalı keçirildi

9:48 - October 05, 2012
Xəbər sayı: 2425864
İncəsənət qrupu: Azərbaycan respublikası İslam Hərəkatının mücahid və şəhidlərinin xatirəsinə həsr olunmuş "İslamçılar" şeir festivalı dünən oktyabr ayının 4-də Təbriz şəhərində keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Şərqi Azərbaycan şöbəsinin verdiyi xəbərə görə Təbriz şəhərində keçirilən "İslamçılar" şeir festivalında Hüseyn Sadiqyan (Təbriz), Məhəmməd Məsud (Tehran), Fərzanə Dehqannijat (Təbriz) azəricə və Arəş Pur Əlizadə (Rəşt), İbrahim Qiblə Arbatan (Təbriz) və Vəhid Tələt Miyanduabın farsca şerləri festivalda seçilmişdir.
Bu festivalın hədəfi müsəlman incəsənətçilərinin İslamın məzlumiyyətini hünərdə əks etdirmək və müsəlmanların dərdinə şərik olmaq olmuşdur.
Bu festivalda Hicab, Hicab məhbusları, Azərbaycanda Əhli-Beyt (ə) sevgisi, Azərbaycanda İmamzadələr və müqəddəs məkanlar, Qarabağ İslamın parçası, Xumeyniçilər, Qürbətə cihad, Məhərrəm və Aşura Azərbaycanda kimi mövzulara toxunulmuşdur.
Həmçinin Azərbyacan və anti-sionistlik və İslam İnqilabını Azərbaycanda təsiri festivalın əsas mövzularından biri olmuşdur.

1113394
captcha