İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiya regionu şöbəsinin verdiyi xəbərə görə İsmail Rizvan – Həmas hərəkatının rəhbərlərindən biri, oktyabr ayının 2-də etdiyi çıxışında dedi: Ərəb və İslami Afrika ölkələrində və Orta Şərq regionunda baş qaldırmış "İslam Oyanışı" dalğası Qüdsü işğaldan azad edəcəkdir. İslami Oyanış Fələstinlilərdə Qüdsün azadlığına ümüdi gücləndirmişdir.
İsmail Rizvan – Həmas hərəkatının rəhbərlərindən biri, Qüdsün yəhudiləşdirilməsini ciddi xətər adlandıraraq dedi: Dünya İslam ölkələrinin siyasi qərar və rəftarları Fələstinin məsələsinin həllində böyük təsiredici rola malikdir.
1112907