İctimai qrup: Bosniya-Hersoqovinada dünən keçirilən bələdiyyə seçkilərində hicablı Əmra Babiç Visoko şəhərində səslərin 29,39%-ni toplayaraq Bosniyanın və Avropanın ilk baş örtülü bələdiyyə sədri olub.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə Bosniya-Hersoqovinada dünən keçirilən bələdiyyə seçkilərində səsvermənin ilkin nəticələrinə görə hicablı Əmra Babiç Visoko şəhərində səslərin 29,39%-ni yəni 5000 – dən çox səs toplayaraq Bosniyanın və Avropanın ilk baş örtülü bələdiyyə sədri olub.
Daha əvvəl bələdiyyə məclis üzvü də olan Babiç Aliyə İzzətbəyoviç tərəfindən qurulan Demokratik Hərəkət Partiyası "SDA"nın namizədi kimi qatıldığı seçkilərdə Visoko Bələdiyyəsinin sədri oldu.
Babiç Bosniya müharibəsi əsnasında şəhid olan əsgərlərin ailələrinə dəstək olan bir vətəndaş cəmiyyəti qurumunun da rəhbəridir. Qurumun əvvəlki şəhid rəisinin həyat yoldaşıdır.
1115630