İQNA-nın (İran Quran Xəbər Agentliyi) "CPİ" xəbər saytına istinadən verdiyi xəbərə görə Misirin yeni prezidentinin İsrail ilə əlaqələrin sadələşdirilməsinə məşğul olduğu bir vaxtda bu ölkənin Vəqf Nazirliyinin İslami İşlər Ali Şurası 2013-cü ilin əvvəllərində QÜDS və ƏQSA MƏSCİDİ mövzusu ilə bağlı "Qüds indiki və gələcək zaman fasiləsində" beynəlxalq toplantısı keçirmək niyyətindədir.
Misir KİV-lərinin verdiyi xəbərə görə Səlah Sultan – Misirin İslami İşlər Ali Şurasının rəisi, Əl-Əzhərin Şeyxi Əhməd Təyyib ilə görüşündə İsrailin müsəlman müqəddəslərinə yeni hücumları və Qüdsün yəhudiləşdirilməsi məsələsini müzakirə etmək hədəfi ilə bu toplantının keçirilməsi üçün razılaşıblar.
Bu toplantı 2013-cü il Peyğəmbərin (s) Milad bayramı ərəfəsində keçiriləcəkdir.
112223