IQNA

Dünya xalqları Sionistlərin Qəzzədəki cinayətlərini pisləyir

8:30 - November 20, 2012
Xəbər sayı: 2451464
Beynəlxalq qrup: Dünyanın müxtəlif ölkələrinin xüsusilə də Amerika və Avropa ölkələri xalqları, son günlərdə sionistlərin Qəzzəyə hücumlarının şiddətlənməsinə və çox sayda mülki Fələstinlilərin günahsızcasına öldürülməsi cinayətlərinə etiraz olaraq küçələrə çıxdılar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "PressTV"-yə istinadən verdiyi xəbərə görə dünən (18 noyabr) yüzlərlə Norveçli bu ölkənin paytaxtı Oslo şəhərində İsrail səfirliyinin qarşısına toplaşaraq sionizm və Fələstinin işğalı əleyhinə şüarlar səsləndirdilər.
Norveçin Fələstinin Müdafiəsi Komitəsi tərəfindən təşkil olunmuş bu etiraz aksiyasında müxtəlif din və millətlərin nümayəndələri iştirak edərək dövlətdən İsrailin Fələstin xalqına qarşı cianyətlərini məhkum etməsini tələb etdilər.
Dünən (18 noyabr) yüzlərlə Almaniyalı da xiyabanlara axaraq İsrailin cinayətlərini məhkum və Fələstin xalqını himayə etdilər.
Son günlərdə sionistlərin Qəzzəyə hücumu ardından Türkiyə, İtaliya, İspaniya, Fransa, İran, Əlcəzayir, Şili, Cənubi Korea, Avstraliya kimi ölkələrdə və Amerikanın Şikaqo, Nyu-York, Boston, Klivland, Filodelfiya və Vaşinqton kimi böyük şəhərlərinə də sionizimin Qəzzədəki cinayətləri əleyhinə aksiyalar keçirilib və yaxın günlərdə də bu aksiyaların davam etməsi üçün proqramlar hazırlanıb.


1140308
captcha