İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Mənar" peyk TV kanalına istinadən verdiyi xəbərə görə bu bannerlərdə "İran təşəkkür edirik" sözü ərəb, fars, ibri və ingilis dillərində yazılmışdır. Həmçinin bannerlərdə İran və Fələstin bayraqları və Müqavimət qüvvələri raket atdıqları halda təsvir edilmişdir.
Bu bannerlər İranın Müqavimət qələbəsindəki nizami və iqtisadi rolunu təstiqləmək üçün meydanda qurulmuşdur.
Əsəd Əbu Şərx – yazıçı və siyasi təhlilçi, deyir: Fələstin milləti İslan İnqilabının qələbəsindən sonra həmişə İran xalqına minnətdarlıq bildirmişdir... Fələstin xalqı bilir ki, İran onları həmişə himayə etmiş, İsraillə əlaqələrini kəsmiş, Tehranda Fələstin səfirliyi açmış və Ramazan ayının axır cüməsini İran Qüds günü elan etmişdir... İran Fələstin müqavimətinin ilk himayətçisidir. Bu himayət həm mənəvi və həm də fiziki (Fərcr 3 və 5 raketləri kimi) olmuşdur... İran Fələstinin müqavimət dəstələrinə hərbi təlim keçən ilk ölkədir. Bir haldaki ərəb ölkələri bu himayəni də etmədilər. Ərəb ölkələri İrandan nümunə götürməlidirlər.
Fələstinin İslami Müqavimət dəstəsi (HƏMAS) və İslami Cihad Hərəkatı başçıları İrandan iqtisadi və hərbi köməklərinə görə təşəkkür ediblər.
1144492