IQNA

Kərbəla ziyarətçilərinə partlayan dua kitabları ilə bağlı xəbərdarlıq

11:37 - December 09, 2012
Xəbər sayı: 2460450
Beynəlxalq qrup: İraq Xarici İşlər Nazirliyi Həzrət İmam Hüseynin (ə) ziyarətçilərinə, terroristlər tərəfindən arasına partlayıcı maddə yerləşdirilmiş və "Ərbəin" mərasimində ziyarətçilər arasında hədiyyə olaraq paylanacağı ehtimal olunan dua kitabları ilə bağlı xəbərdarlıq etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İraqın "NUN" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İraq Xarici İşlər Nazirliyi Həzrət İmam Hüseyni (ə) "Ərəbəin" günü ziyarət etmək istəyənlərə, terroristlər tərəfindən arasına partlayıcı maddə yerləşdirilmiş və "Ərbəin" mərasimində ziyarətçilər arasında hədiyyə olaraq paylanacağı ehtimal olunan dua kitablarını qəbul etməmələri ilə bağlı xəbərdarlıq etdi.
Xəbərə əsasən terroristlər dua kitablarına partlayıcı və öldürücü maddə yerləşdirərək ziyarətçilər arasında paylamağı planlaşdırıblar.
Səid Müin İbrahim - İraq Xarici İşlər Nazirliyinin sözçüsü, rəsmi çıxışında deyib: Terroristlərin dua kitablarına partlayıcı maddə yerləşdirərək zairlər arasında paylaması ehtimal olunur. Buna görə də Məfatihul-Cinan və Ziyaus-Salihin və digər dua kitablarını naməlum şəxslərdən hədiyyə olaraq qəbul etməyin.
Ehtimal olunur ki, terroristlər bu kitabları müəyyən paket və bağlamalarda paylasınlar.
1150179
captcha