IQNA

Mədinətun-Nəbi (s) "Müshəf"i Ərəbistanda Bril xətti ilə çap edilir

23:36 - December 16, 2012
Xəbər sayı: 2464929
Beynəlxalq qrup: Mədinə əl-Münəvvərənin "Məlik Fəhəd" adına Quranın Çapı və Nəşri Birliyinin Baş Katibi cari Hicri-Qəməri ilində (1434 hq) Mədinətun-Nəbi (s) "Müshəf"inin Ərəbistanda Bril xətti ilə çap ediləcəyini xəbər verib.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "arabnet5" saytına istinadən verdiyi xəbərə görə Məhəmməd Salim Şədid Əl-Əvfi – Mədinədə "Məlik Fəhəd" adına Quranın Çapı və Nəşri Birliyinin Baş Katibi, elan edib: Cari Hicri-Qəməri ilində (1434 hq) Mədinətun-Nəbi (s) "Müshəf"i Bril xətti ilə görmə qüsuru olanlar üçün Ərəbistanda çap olunacaqdır.
Məhəmməd Salim Şədid Əl-Əvfi – Mədinədə "Məlik Fəhəd" adına Quranın Çapı və Nəşri Birliyinin Baş Katibi, deyib: Ərəbistanın İrşad və Təbliğ, Vəqf və İslami İşlər Naziri Mədinədə "Məlik Fəhəd" adına Quranın Çapı və Nəşri Birliyində yeni bir bölmə yaradaraq Mədinətun-Nəbi (s) "Müshəf"inin görmə qüsuru olanlar üçün Bril xətti ilə çap edilməsinə razılığını bildirmişdir.
Mədinətun-Nəbi (s) "Müshəf"i Ərəbistanda Quranın mötəbər nüsxələrindən sayılır ki, bundan öncə Abdullah Yusif Əli tərəfindən İngilis dilinə tərcümə edilmiş və İraqlı mütərcim və müntəqid Əbdül-Vahid Lölö tərəfindən tənqid olunmuşdu.
1153790
captcha